İnnovativ laboratoriya "iLAB"

“İnnovasiyalar Mərkəzi” MMC-nin tərkibində yaradılmış "iLab" yeni texnologiyalar ilə xarici təcrübələrə əsaslanaraq innovativ məhsullar istehsal edən, müştərinin istəyinə uyğun istənilən məhsulun prototipini hazırlaya bilən, Azərbaycanda 3D, CNC avadanlıqları və lazer kəsimini bir arada cəmləyən və yüksək istehsal gücünə malik yeganə şirkətdir.

Yüksək keyfiyyətli 3D printerlər, 3D skaner, VR və Neuron mocap sistemləri ilə təchiz olunmuş innovativ laboratoriya “iLab”:

  • öz layihələrini real 3D model və ya vizual 3D formatda hazırlamaq istəyən startaplar
  • korporativ layihələri, avadanlıqları, tədbirləri və müştəriləri üçün istəklərini xüsusi vizuallara, real əşyalara, ehtiyat hissələrinə, maraqlı fiqurlara və s. çevirmək istəyən korporativ qurumlar
  • tapılmayan ehtiyat hissələri, fərdi dizayn əsasında maket və ya fiqurlar, avtomobillərin, müəssisələrdə dəzgahların, məişət avadanlıqlarının və s. əlçatmayan və ya tapılması çətin olan plastik ehtiyat hissələrini yüksək keyfiyyətdə əldə etmək istəyən bütün vətəndaşlar 

üçün xidmət göstərir.

Laboratoriya tərəfindən yaradılan yüksək performanslı, az texniki xidmət tələb edən və gələcəyə yönümlü "Charge Box" cihazı rahat şəkildə enerji doldurumunu təmin edir. Onun modul dizaynı və sadə interfeysi elektrikli avtomobillərin enerji təminatını əvvəlkindən daha asan şəkildə həyata keçirir. Enerji doldurma həlli bir fazalı və ya üç fazalı gərginliyin doldurulmasını dəstəkləmək üçün nəzərdə tutulub.

İstənilən məhsulun prototip istehsalı, innovativ məhsul istehsalı, avadanlıqlar istehsalı, üz sipər maskalarının istehsalı, lazer kəsim məhsulları, istənilən formaya uyğun taxta qablaşdırmalar, ofis və korporativ məhsullar, hədiyyəlik qutular və digər tələblərə uyğun məhsul istehsalı ilə “iLAB” hər bir sifarişə individual yanaşaraq, işi daha sürətli, keyfiyyətli şəkildə həyata keçirir, unikal texnoloji və kreativ həllər təqdim edir.