member-name

Vüsal İbrahim oğlu Rüstəmov

Direktor

Vüsal İbrahim oğlu Rüstəmov 9 yanvar 1986-cı il tarixində anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində Prezident təqaüdçüsü kimi bakalavr təhsili alıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2010-cu illərdə  İsveçrədə, Cenevrə Beynəlxalq Universitetində Biznes idarəçiliyi üzrə  magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2010-2017-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunda mütəxəssis kimi başlayıb. 2017-2018-ci illər ərzində fəaliyyətinə İsveçrənin "Tofoyl AG" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor müavini kimi davam edib. 2018-2020-ci illərdə “İnnovasiyalar Mərkəzi” MMC-də “ASAN kommunal” departamentinin müdiri vəzifəsində çalışıb. 20 may 2020-ci ildə “İnnovasiyalar Mərkəzi” MMC-nin direktor müavini vəzifəsinə təyin edilib. 

21 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin əmrinə əsasən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub. 


 

+99412 44474 33
member-name

Soltan Elçin oğlu Bayramov

Direktor müavini 

 

Soltan Elçin oğlu Bayramov 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004-2009-cu illərdə Böyük Britanıyanın Kardiff Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

2018-ci ildə Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (IPMA) “Baş layihə meneceri” (B səviyyəsi) sertifikatına layiq görülüb. 2023-cü ildə Amerika Birləşmiş Ştatlarının Dyuk (Duke) Universitetinin “Layihələrin idarəedilməsi” proqramının məzunu olub.

Əsas ixtisaslarına  korporativ strategiya, rəqəmsal transformasiya, ictimaiyyətlə əlaqələr və tərəfdaşlığın idarə edilməsi, məhsul və xidmətlərin inkişafı daxildir. Azərbaycan, türk, ingilis və rus dillərini mükəmməl bilir.

Əmək fəaliyyətinə 2009-cu ildə Böyük Britaniyanın “Business Focus & Associates” şirkətində biznesin inkişafı üzrə  mütəxəssis  olaraq başlayıb.  Daha sonra Azərbaycana qayıdaraq “Azersun Holding”, “Azerfon” MMC, “ATL Group” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktor müavini təyin edilib. 

Hazırda həmin Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktor müavini vəzifəsində çalışır.

+99412 44474 33

[email protected]

 

 

+99412 44474 33