Mərkəzin yaradılmasında məqsəd Agentliyin Aparatının struktur bölmələrində, “ASAN xidmət” mərkəzlərində, Agentliyin strukturuna daxil olmayan qurumlarda və digər təşkilatlarda informasiya texnologiyalarının (İT), innovativ həllərin tətbiqi, texniki tapşırıqların və proqram təminatlarının hazırlanması, informasiya texnologiyalarına texniki dəstək işinin təşkilidir.

 

Hazırda “İnnovasiyalar Mərkəzi” MMC orta və iri şirkətlər üçün vahid məlumat bazası ilə biznes proseslərinin səmərəliliyini artırmağa imkan verən və sahibkarlığın xüsusilə ehtiyacı olan texniki dəstək, şəbəkə təhlükəsizliyi, videomüşahidə və nəzarət sistemləri, informasiya təhlükəsizliyi, İP telefoniya, mobil tətbiq, proqram təminatı, eyni zamanda İT konsaltinq xidmətlərini həyata keçirir. 

 

Həmçinin innovativ ideyalar bazasının formalaşdırılması, sahibkar və vətəndaşların maraqlarına uyğun xidmətlərin göstərilməsi, innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.

 

Mərkəz startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif  ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. 

 

Maarifləndirmə və kadr hazırlığında peşəkar və innovativ yanaşmanı əsas tutaraq, yüksək səriştəli mütəxəssis heyəti tərəfindən tədris olunan və ehtiyaclara tam cavab verən mükəmməl təlim xidmətlər təşkil edilir.

 

Gənclərin gələcək inkişafı üçün onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışlarının formalaşdırılması istiqamətində müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səfərbər olmasına şərait yaradılır.

 

“İnnovasiyalar Mərkəzi” MMC, “ASAN Radio”, “ASAN kommunal” mərkəzləri, "ASAN Həyat" kompleksləri, ASAN İnnovativ İnkişaf Mərkəzi, Sifarişli Səyyar ASAN xidmət, “Bilim Bakı” Mərkəzi və  "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi kimi fəaliyyətləri özündə birləşdirir. Eyni zamanda “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (AZINNEX) üzvlərinin fəaliyyətini əlaqələndirir və katiblik funksiyasını yerinə yetirir.

Yenilik bizim isimizdir