“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi

 12 noyabr 2018-ci il tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. 

 “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda və onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılıb. 

 Mərkəz İnkubasiya, Akselerasiya, Kovörkinq və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı Kovörkinq mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “INNOLAND” həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə və mentor dəstəyinə malikdir.

 Mərkəzin İnkubasiya proqramı startapçılara ilkin mərhələdə layihənin formalaşması və inkişaf etdirilməsi üçün ən yaxşı təcrübələr tətbiq edilməklə dəstək göstərir. İntensiv Akselerasiya proqramı isə startapların Azərbaycan və beynəlxalq bazarda böyüməsinə kömək edir.